"Neftçi"li futbolçunun etdiyi hərəkətə FİFA qadağa qoydu FOTO

00:25 - 2 Mart 2014

Yeni qərarlar qəbul olunub
 
Beynəlxalq Futbol Birliyi Qurumu (İFAB) və FİFA-nın bu gün sayca  128-ci toplantısı keçirilib.
 
Sportal.az xəbər verir ki, iclasda bir sıra məsələlər müzakirə olunub.
 
Toplantı zamanı idmançıların formalarının altında şüarlar və ya şəkillər olan köynəklər geyməsi qadağa olunub. İyunun 1-dən etibarən əgər hər hansı futbolçu bu qaydanı pozarsa, ağır cəzalandırılacaq.
 
İlk olaraq qadın və kişi idmançıların başlarına  aksesuarların taxılmasına icazə verilib. Bununla qadın futbolçular başlarını örtərək oyunlara çıxa biləcək.
 
Narıncı vərəqə göstərilməsi ilə bağlı məsələ müsbət həllini tapmayıb.
 
İclasda  rəqibə penalti qazandıran futbolçuya qırmızı vərəqə göstərilməməsi də müzakirəyə çıxarılıb. Ancaq bu qərardan oyunçuların sui-istifadə edə biləcəyi düşünülərək məsələnin növbəti görüşdə yenidən müzakirəsinə qərar verilib.
 
Bundan başqa hakimlərin işini asanlaşdırmaq üçün video sistemlərin quraşdırılması məsələsinə də toxunulub. Yalnız cərimə xəttində olan epizodların yavaşlaşdırılacağı açıqlanıb.
 

Xəbər xətti