Aquero yenə zədələndi
	 
	"Mançester Siti"nin futbolçusu Serxio Aquero yenidən sıradan çıxıb. 
	 
	Sportal.az xəbər verir ki, argentinalı hücumçunun bir neçə həftə futboldan uzaq qalacağı bildirilib.
	 
	Qeyd edək ki, Aquero Çempionlar Liqasının 1/8 finalında "Barselona" ilə cavab qarşılaşmasında zədələnmişdi. O, bundan əvvəl yanvar ayında "Tottenhem"lə matçda zədələnərək uzun müddətlik sıradan çıxmışdı.
                      
saytlarin hazirlanmasi