"Rəvan" iki zədəli ilə hazırlaşır

17:07 - 25 Mart 2014

Komanda "İnter" üçün başladı
 
"Rəvan” Azərbaycan Premyer Liqasında 4-cü dövrənin ilk turunda "İnter” ilə qarşılaşacaq.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28-ci turun görüşü "Şəfa” stadionunda baş tutacaq. Artıq komanda həmin oyunun hazırlıqlarına başlayıb.
 
"Neftçi” ilə qarşılaşmadan sonra bir gün istirahət edən futbolçular bu gün "Bayıl Arena”da yenidən bir araya gəliblər. Baş məşqçi Güvənc Kurtar yetirmələrinə taktiki-texniki məşq keçib. Hazırlıqda bütün futbolçular iştirak edib. Sadəcə, yüngül zədələri olan Oke Akpoveta və Kamal Bayramov həkim nəzarətində fərdi proqram əsasında məşq edib.

Xəbər xətti