Komanda bu gün Bakıda ilk məşqinə çıxacaq
Premyer Liqanın XXVIII turunda səfərdə “əzəli rəqib”i “Neftçi”nin qonağı olacaq “Xəzər Lənkəran” doğma şəhəri tərk edib.
Sportal.az xəbər verir ki, martın25-də saat 11:00-da stadionun ehtiyat meydançasında məşqə çıxıb. Bir saatdan çox sürən hazırlıq prossesində zədəli futbolçular yüngül qaçışla kifayətləniblər. Məşqin ardından bazaya dönən komanda günorta yeməyindən sonra doğma şəhəri tərk edərək paytaxta yola düşüb. Bakıya çataraq “Modern” otelində məskunlaşan “Xəzər Lənkəran” sabah martın 26-da “Böyük oyun” öncəsi ilk məşqini keçirəcək. Xatırladaq ki, martın 29-da “Bakcell Arena” stadionunda baş tutacaq “Böyük oyun” “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq.
12cioyuncu.info
saytlarin hazirlanmasi