AZAL-da ciddi itkilər
AZAL klubunun yeni baş məşqçisi Tərlan Əhmədovun heyətlə bağlı problemləri var.
Sportal.az xəbər verir ki, gənc çalışdırıcı “Sumqayıt”la səfər oyunundan öncə 4 futbolçusundan məhrumdur.
Komandanın aparıcı futbolçuları Şəhriyar Rəhimov və Aleksandr Şemonayev cəzalı durumdadırlar. Odur ki, müdafiəçilər gənclik şəhərində meydançada olmayacaqlar.
Xuan Fransisko və Rey Məmmədbəyli isə zədəli durumdadırlar. Odur ki, Əhmədov bu 4 oyunçunun xidmətindən məhrumdur.
saytlarin hazirlanmasi