"Rəvan"da "İnter"lə matçöncəsi üzlər gülür

00:51 - 29 Mart 2014

Komandada zədəli yoxdur
 
Premyer Liqanın 28-ci turunda “İnter”in qonağı olacaq “Rəvan” bu oyuna hazırlığı davam etdirir. 
 
Sportal.az xəbər verir ki, “Bayıl Arena”da baş tutmuş dünənki məşq təxminən saat yarım davam edib.
 
Taktiki-texniki çalışmalar üzərində qurulmuş məşqdə komandanın bütün üzvləri iştirak edib. Belə ki, həftə boyu fərdi məşqlə kifayətlənən Kamal Bayramov və Oke Akpoveta bu dəfə ümumi qrupda çalışıb. Hər iki futbolçu baş məşqçinin şans verəcəyi təqdirdə, bazar günü "Şəfa” stadionunda meydana çıxa biləcək. Bu baxımdan, yalnız Mişel Balokoq istisnadır ki, o, cəzalı durumdadır və "İnter”lə oyunu buraxmalı olacaq.

Xəbər xətti