İlk mərhələnin oyunları
Futbol üzrə Türkiyə Kubokunda birinci mərhələnin oyunları keçirilib.
Sportal.az xəbər verir ki, həmyerlimizin də çıxış etdiyi Ayaz Mehdiyevin komandası "Giresunspor" ilk oyununa çıxıb.
Səfərdə "Altay"la qarşılaşan "Giresunspor" əsas vaxtda 2:2 hesabı ilə razılaşıb. Penalti zərbələrinə ehtiyac duyulub. Penaltilərdə daha dəqiq oynayan "Giresunspor" 7:6 hesabı ilə növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, oyunun 70-ci dəqiqəsində meydana daxil olan Ayaz Meydiyev penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
saytlarin hazirlanmasi