İlk turun oyunları
Futbol üzrə Türkiyə Kubokunda birinci mərhələnin oyunları keçirilib.
Sportal.az xəbər verir ki, millimizin üzvü olan Mahir Şükürovun şərəfini qoruduğu "Karşıyaka" doğma meydanda "Altay"la qarşılaşıb.
Qarşılaşmanın əsas vaxtı 1:1 hesabıyla başa çatdığından, penaltilərə ehtiyac duyulub. Penalti zərbələrində daha dəqiq oynayan qonaq komanda 4:3 hesabı ilə qalib gəlib. Qeyd edək ki, 120 dəqiqə meydanda olan Mahir Şükürov penalti zərbəsini doğru yerinə yetirsə də, bu komandasına kömək etməyib.
saytlarin hazirlanmasi