Cavid İmamverdiyev fərqləndi, "Elazığspor" 3 xalı 3 qolla qazandı

00:30 - 30 Sentyabr 2014

Yarımmüdafiəçinin qolu meydan sahiblərinə düşərli oldu 
 
Türkiyə birinci liqasında 4-cü turun oyunlar keçirilib.
 
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Cavid İmamverdiyevin şərəfini qoruduğu "Elazığspor" komandası doğma divarlar arasında "Orduspor"u qəbul edib. Qarşılaşma elazığlıların böyükhesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı Cavid İmamerdiyev açıb. Daha iki dəfə fərqlənən meydan sahibləri görüşdən 3 xalla ayrılıblar.
 
Qeyd edək ki, "Elazığspor" 4 turdan sonra 4 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. 

Xəbər xətti