Hökümət klubların polislərə pul ayırmasına qərar verdi
İtaliya höküməti futbol oyunu zamanı stadionlarda təhlukəsizliyin təmin olunmasıyla bağlı yeni qərar qəbul edib.
Sportal.az xəbər verir ki, hakimiyyətin yeni qərarına əsasən stadionlarda təhlükəsizliyin təminatına görə klublar büccədən polislərə pul ayırmalıdırlar. Klub rəhbərləri bu qərarın əleyhinə olsalar da, hakimiyyət palatasında məsələ müzakirə olunaraq səsverməyə qoyulub.
164 nəfər klubların pul ödəməsinə səs veribsə, 109 nəfər isə bunun əleyhinə çıxıb. Yeni qərar ilin sonuna qədər qüvəyyə minəcək və klublar əldə olunan gəlirin 3 faizini təhlükəsizliyin təminatına ayıracaq.
saytlarin hazirlanmasi