Arsen Vengerdən etiraflar
“Arsenal”ın baş məşqçisi Arsen Venger Lionel Messini klubun akademiyasına götürmək imkanları olduğunu etiraf edib.
Sportal.az xəbər verir ki, fransalı mütəxəssis Fabreqas, Messi və Pikenin “Arsenal”ın futbol akademiyasında aşağı yaş qrupları üzrə komandalarda oynamaq çansı olduğunu deyib:
“Fabreqas, Messi və Pike birlikdə “Barselona”da məşq edirdilər. Onda futbolçuların 15-16 yaşları olardı. Hər üç futbolçunu almaq istəyirdik. Fabreqasın keçidi alınsa da, digər iki futbolçunu ispanlar buraxmadı. Onların harada yaşaması elə də problemli bir məsələ deyildi. Messi özünü rahat hiss etdiyinə görə, onu “Barselona”dan ayırmadıq”.
saytlarin hazirlanmasi