Braziliya millisinin sabiq baş məşqçisi soyğun olundu

00:05 - 28 Noyabr 2014

Oğrular Zaqalonun saatını əlindən aldılar
 
Braziliya millisinin sabiq baş məşqçisi Mario Zaqalo basqına məruz qalıb.
 
Sportal.az xəbər verir ki, Rio-de-Janeyroda avtomobilində oğluyla olan təcrübəli mütəxəssisə gözlənilmədən oğrular hücum edib. Motosikllə avtomobilə yaxınlaşan cinayətkarlar odlu silahla 83 yaşlı mütəxəssisi hədələyərək ondan qol saatını tələb edib. Dördqat dünya çempionuna basqın edən soyğunçular istəklərinə çatandan sonra hadisə yerindən uzaqlaşıblar.               

Xəbər xətti