Komanda "Oriental"a uduzub
Futbol üzrə Portuqaliya 2-ci Liqasında (Sequnda Liqa) 17-ci turun oyunları keçirilir.
	Sportal.az xəbər verir ki, həmyerlimiz Amit Quluzadənin çıxış etdiyi "Atletiko" doğma meydanda "Oriental"la qarşılaşıb.
	 
	Qarşılaşma qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ötən turda oynamayan Quluzadə bu dəfə də meydana çıxmayıb.
	
	Qeyd edək ki, "Atletiko" turnir cədvəlində 19 xalla 18-ci pillədədir.
     
                    