Pele gitarada azakeşləri üçün ifa etdi VİDEO

00:45 - 6 Dekabr 2014

Üçqat dünya çempionu özünü yaxşı hiss edir
 
Dünya futbolunun əfsanəsi sayılan Pele özünü yaxşı hiss edir.
 
Sportal.az xəbər verir ki, 74 yaşlı üçqat dünya çempionun sidik kisəsində əməliyyat aparılaraq oradan daşlar çıxarılıb. Bir müddət xəstaxanada həkimlərin nəzarəti altında müalicə alan  braziliyalı evə buraxıldıqdan sonra yenidən özünü pis edib . Həkimlər veteran futbolçunu yenidən müayinə edəndən sonra onun sidik kisəsində problemlərin olduğunu  üzə çıxarıb. İkinci dəfə əməliyyata ehtiyac olmadığını görən “ağ xalatlılar” Pelenin bir müddət xəstəxanada müalicə almasını məsləhət  görüblər.
 
Pelenin səhhətindən nigaran qalan azarkeşlər veteran ulduzdan xəbər tutmağa çalışıblar. Braziliyalı ulduz azarkeşləri intizarda qoymamaq üçün “Facebook” sosial şəbəkədə ona dəstək verən hər bir kəsə təşəkkürünü bildirib.  Bundan başqa gitarada ifa edən Pele azarkeşlərə özünü yaxşı hiss etdiyini numayış etdirib.                
 

 

Xəbər xətti