Pablo Aymar "River Pleyt"ə qayıtdı

00:30 - 10 Dekabr 2014

Argentinalı futbolçu karyerasını vətənində başa vuracaq 
 
Argentina millisinin sabiq üzvü Pablo Aymar karyerasını “River Pleyt” klubunda davama etdirəcək.
 
Sportal.az xəbər verir ki, 35 yaşlı futbolçu artıq sözügedən komandanın məşqləribndə iştirak edir. 1996-cı ildə peşəkar futbolçu karyerasına “River Pleyt”də başlayan hücumameyilli yarımmüdafiəçi daha sonra İspaniyanın “Valensiya” klubuna transfer olunub.
 
“Yarasalar”la La Liqada iki dəfə çempionluq və ölkə kubokunu qazanan Aymar ardınca “Saraqosa” və “Benfika” klublarında forma geyinib. 2013-cü ildən etbarən Malaziyanın “Cohor Carul Takzim” komandasında çıxış edən argentinalı futbolçu karyerasını başladığı “Ruver Pleyt” klubunda başa vurmaq istəyir.     

Xəbər xətti