Pereyranın transferi "Liverpul"a 4 milyona başa gəlir

01:15 - 10 Dekabr 2014

Uruqvaylı futbolçu "Benfika"dan ayrılır
 
“Benfika” klubunun müdafiəçisi Maksi Pereyra “Liverpul”un maraq dairəsinə düşüb.
 
Sportal.az xəbər verir ki, ingilislər uruqvaylı futbolçunun transfer hüququnu əldə etmək üçün yaxın günlərdə qarşı tərəflə danışıqlar aparacaq.
 
30 yaşlı futbolçunun keçidinə görə portuqaliyalılar “Liverpul”dan 4 milyon funt sterlinq tələb edib. Cari mövsüm “Benfika”nın heyyətində 12 oyuna çıxan uruqvaylı müdafiəçi 2 qol vurub. Yekun razılaşma baş tutacağı halda qış fasiləsində uruqvaylı müdafiəşi İngiltərə təmsilçisiylə rəsmi müqavilə bağlayacaq.   

Xəbər xətti