UEFA ən gözəl qolu seçdi VİDEO

02:00 - 10 Dekabr 2014

Marko van Bastenin qolu birinci oldu 
 
UEFA-nın 60 illik tarixi ərzində vurulan ən gözəl qol müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, Avropa futbol qurmunun rəsmi saytında keçirilən səsvermə artıq yekunlaşıb
 
Səsvermənin nəticəsinə əsasən Hollandiya millisinin sabiq hücumçusu Marko van Bastenin AÇ-1988-in finalında SSRİ yığmasının qapısından mükəmməl zərbə ilə vurduğu qol birinci olub.
 
 
Ən gözəl 10 qol:
 
1. Marko van Basten - Hollandiya – SSRİ (AÇ-1988-in finalı)
 
2. Mauro Bressan - “Fiorentina” - “Barselona”  (ÇL-in qrup mərhələsi, 1999/2000 mövsü)
 
3. Zinəddin Zidan - “Real” - “Bayer” (ÇL-nin finalı, 2001/12 mövsümü)
 
4. Rui Koşta - Portuqaliya - İngiltərə (AVRO-2004-ün 1/4 finalı)
 
5. Piter Krauç - “Liverpul” - “Qalatasaray” (ÇL-nin qrup mərhələsi, 2006/07 mövsümü)
 
6. Kriştianu Ronaldo - “Mançester Yunayted” - “Portu” (ÇL-nin 1/4 final mərhələsi, 2008/09 mövsümü)
 
7. Deyan Stankoviç - “İnter” - “Şalke” (ÇL-nin 1/4 final mərhələsi, 2010/11 mövsümü)
 
8. Radamel Falkao - “Atletiko” - “Atletik” (Avroliqanın finalı, 2011/12 mövsümü)
 
9. Samyuel Umtiti - “Lion” - “Tottenhem” (Avroliqanın 1/16 final mərhələsi, 2012/13 mövsümü)
 
10. Zlatan İbrahimoviç - PSJ - “Anderlext” (ÇL-nin qrup mərhələsi, 2013/14 mövsümü)

 

 

Xəbər xətti