"Styaua" klubunda böhran

03:30 - 10 Dekabr 2014

Rumıniya çempionu iflasa uğrayır  
 
Rumıniyanın ən köklü klublarından biri sayılan  "Styaua" ən çətin günlər keçirir.
 
Sportal.az xəbər verir ki, ölkədə ordu klubu kimi tanınan "Stayua" adından və loqosundan məhrum edilib. Rumıniya Müdafiə Nazirliyi komandanın 2004-cü ildən bəri "Styaua" markasından qeyri-qanuni istifadəsi iddiası ilə məhkəməyə şikayət edib.
 
Ötən həftə açıqlanan qərara görə "Styaua" markası klubdan alınaraq Müdafiə Nazirliyinə verilib. Bu səbəbdən "Styaua" klubu çempionatın 17-ci turunda "Lasi" ilə oyunda meydana ənənəvi "qırmızı-lacivərd" rəngli forma ilə deyil, loqosu olmayan sarı formada çıxıblar.

Xəbər xətti