Bellami "Kardiff"də məşqçiliyə başladı

02:00 - 31 Dekabr 2014

Uesli futbolçu akademiyada çalışacaq 
 
Uels millisinin sabiq hücumçusu Qreyq Bellami karyerasını başa vurandan sonra məşqçi olacağını elan etmişdi.
 
Sportal.az xəbər verir ki, 35 yaşlı futbolçu “Kardiff” klubunun uşaq futbol akademiyasına başçılıq etməyə razılıq verib.
 
12 yaşlılardan ibarət komandaya rəhbərlik edən veteran futbolçu artıq məşqçilik karyerasında ilk addımlarını atır. Bellamin müxtəlif illərdə “Norviç”, “Koventri”, “Nyukasl”, “Seltik”, “Blekbörn”, “Liverpul”, “Vest Hem”, “Mançester Siti” və “Kardiff” klubların şərəfini qoruyub.   

Xəbər xətti