Azərbaycan Premyer Liqasının 27-ci turunda evdə "İnter"lə qarşılaşacaq "Qarabağ" klubu bu gün yoxlama oyununda qüvvəsini sınayıb.
Sportal.az xəbər verir ki, Ağdam təmsiçisi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması ilə üz-üzə gəlib. "Bakı" klubunun bazasında keçirilən oyun "Qarabağ"ın minimal hesablı qələbəsi ilə başa çatıb - 3:2.
Qeyd edək ki, 9 futbolçu hazırda öz milli komandalarının düşərgələrində olduğundan onlar bugünkü oyunda iştirak etməyiblər.