Şelvi “şəhərlilər”i xilas etdi
	 
	İngiltərə Premyer Liqasında  32-ci turun oyunlarına start verilib. 
	 
	Sportal.az xəbər verir ki, turun açılış matçında “Suonsi Siti” - “Everton” komandaları qarşılaşıb. 
	 
	Turnir cədvəlində qonşu olan komandaların duelində bərabərlik qeydə alınıb. Aaron Lennonun qoluyla fasiləyə üstün yollanan qonaq komanda ikinci hissədə rəqibin hücumları qarşısında davam gətirə biməyib. 69-cu dəqiqədə meydan sahibləri Şelvinin penaltidən vurduğu qolla məğlubiyyətdən yaxa qurtarıblar.  
	 
	 
	“Suonsi Siti” – “Everton”  1:1
	Qollar: Şelvi, 69-pen - Aaron Lennon, 41 
	 
	
                      
saytlarin hazirlanmasi