Oyunun taleyi əlavə vaxtda həll olunub
	 
	İngiltərə Federasiya kubokunda ilk finalçı müəyyənləşib.
	 
	Sportal.az xəbər verir ki, yarımfinalın ilk görüşündə "Arsenal" və "Ridinq" üz-üzə gəlib. Matçın 90 dəqiqəsi 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha bir qol vuran "Arsenal" rəqibini 2:1 məğlub edərək finala yüksəlib.
	 
	 
	18 aprel
	İngiltərə Federasiya kuboku, yarımfinal
	 
	"Ridinq" - "Arsenal" 1:2
	Qollar: Sançez, 39, 105 -  Makklear, 54
	
                      
saytlarin hazirlanmasi