“Şəhərlilər”in qələbəsinə ilk 45 dəqiqə bəs etdi
	 
	İngiltərə Premyer Liqasında 33-cü turun qalan oyunları keçirilib. 
	 
	Sportal.az xəbər verir ki, bu tur “Mançester Siti” doğma meydanda “Vest Hem”I sınağa çəkib. 
	 
	Manuel Pelleqrinin komandası oyunun taleyini elə  birinci hissədə həll edib. 17-ci dəqiqədə qonaqların futbolçusu Reyd topu öz qapısına göndərib. İlk yarının sonlarına doğru Serxio Aquero hesab arasında fərqi artırıb.  
	 
	“Mançester Siti” – “Vest Hem”  2:0
	Qollar: Vinston Reyd, 17 (avtoqol); S.Aquero, 36  
	 
	 
	 
	 
	
                      
saytlarin hazirlanmasi