Ulloa dubl erdi, komandası vacib 3 xal qazandı
	 
	İngiltərə Premyer Liqasında 35-ci turun oyunlarına start verilib. 
	 
	Sportal.az xəbər verir ki, turun açılış matçında “Lester” doğma meydanda “Nyukasl”ı qəbul edib. 
	 
	Turnir cədvəlində komandaların təhlükəli zonada qərarlaşması oyuna marağı artırıb. Lakin 3 xala daha çox ehtiyacı olan “Lester” qarşılaşmaya fəal başılayıb. 
	 
	Ulloanın erkən qolu meydan sahiblərinin işinə yarayıb. Lakin bununla kifayətlənməyən “Lester” komandası Morqanın sayəsində hesabı 2:0-a çatdırıb. İkinci hissənin əvvəlində Ulloa dublunu rəsmləşdirərək komandasının qələbəsində böyük rol oynayıb.            
	 
	 
	 
	“Lester” – “Nyukasl”  3:0
	Qollar: Ulloa, 1, 48-pen, Morqan, 17
	 
	 
	
                      
saytlarin hazirlanmasi