“Kristal Pelas” məğlubiyyətdən qaça bilmədi
	 
	İngiltərə Premyer liqasında 36-cı turun oyunları keçirilib.
	 
	Sportal.az xəbər verir ki, Çempionlar Liqasına vəsiqəni təmin etmək üçün 4-cü yer uörunda mübarizə aparan “Mançester Yunayted” səfərdə “Kristal Pelas”la qarşılaşıb.
	 
	Xuan Matanın penaltidən vurduğu qolla qonaqlar fasiləyə üstün yollanıblar. Lakin ikinci hissənin əvvəlində ev sahiblərindən Pençon hesabı bərabərləşdirib. 78-ci dəqiqədə Fellainin sayəsində “qırmızı şeytanlar” qələbə qolunu vurublar.          
	 
	 
	“Kristal Pelas” – “Mançester Yunayted”  1:2
	Qollar: Pançon, 57 - Xuan Mata, 19-pen, Fellaini, 78
	 
	 
	
                      
saytlarin hazirlanmasi