Hollandiyalı mütəxəssis komandasından razı qaldı  
	 
	İngiltərə Premyer liqasının 36-cı turunda “Mançester Yunayted”in səfərdə “Kristal Pelas”a 2:1 hesabı ilə qalib gəlməsi baş məşqçi Lui van Qalın ürəyincə olub. 
	 
	Sportal.az xəbər verir ki, Çempionlar Liqasına vəsiqə qazanmaq üçün “Qırmızı şeytanlar” 4-cü yer uğurunda “Liverpul”la mübarizə aparır. 
	 
	Oyundan sonra əhvalı yaxşı olan hollandiyalı mütəxəssis maraqlı açıqlamaları ilə diqqət çəkib. Lui van Qal “Çelsi” və “Liverpul” arasındakı qarşıdurmanı səbirsizliklə gözlədiyini deyib:    
	 
	“Bugünkü oyundan da, nəticədən də razı qaldım. Çempionlar Liqasına vəsiqəni qazanmağa yaxınıq. Indi məni maraqlandıran “Liverpul” - “Çelsi” oyununun nəticəsidir”. 
                      
saytlarin hazirlanmasi