"Midlsbro" pley-offda “ilişdi”
	 
	Yeni mövsümdən İngiltərə Premyer Liqasında oynamağa vəsiqə qazanan sonuncu - üçüncü klub da müəyyənləşib.
	 
	Sportal. az xəbər verir ki, bu, "Norviç Siti" komandasıdır.
	 
	İngiltərə birinci liqasının pley-off mərhələsində  "Midlsbro"ya 2:0 hesabı ilə qalib gələn “Norviç Siti” elitaya vəsiqə qazanıb.
	 
	Qeyd edək ki, bundan əvvəl "Bornmut" və "Uotford" klubları  İngiltərə Premyer Liqasına  oynamağı təmin edib.
                      
saytlarin hazirlanmasi