"Topçular"dan darmadağın
	 
	İngiltərə Federasiya kubokunun final matçı keçirilib.
	 
	Sportal.az xəbər verir ki, həlledici görüşdə "Arsenal" və "Aston Villa" komandaları üz-üzə gəlib.  Bu oyunda London klubu 4:0 hesabı ilə qalib gəlib və İngiltərə kubokunun sahibi olub.
	 
	Beləliklə, Premyer Liqada çempionluq şansını əldən verən "Arsenal" mövsümü titulla başa vurmağı bacarıb. Arsen Vengerin komandası tarixində 12-ci dəfə FA kubokunu qazanıb.
	 
	Qeyd edək ki, ötən mövsüm də FA kubokunun finalına yüksələn "Arsenal" həlledici görüşdə "Hall Siti"ni 3:2 hesabı ilə məğlub edərək kuboka sahib çıxmışdı.
	 
	 
	30 may
	 
	İngiltərə Federasiya kuboku, final
	 
	21:30. "Arsenal" - "Aston Villa" - 4:0
	Qollar: Teo Uolkott, 40 (1:0), Aleksis Sançes, 50 (2:0), Per Mertezaker, Oliver Jiru, 90 (4:0)
                      
saytlarin hazirlanmasi