Futbolçu ilə 5 illik müqavilə
	 
	İngiltərənin "Liverpul" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
	 
	Sportal.az xəbər verir ki, mersisaydlılar "Çarlton"un 18 yaşlı futbolçusu Cozef Qomesi heyətinə qatıb.  18 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Futbolçu "Liverpul"a 3.5 milyon funt-sterlinqə başa gəlib.
	 
	Qeyd edək ki, Cozef Qomez ötən mövsüm "Çarlton"un heyətində 21 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
	 
                      
saytlarin hazirlanmasi