"İlk oyunun Bakıda keçirilməsi bizim üçün yaxşı olmadı"
"Qarabağ" kağız üzərində bizdən güclü ola bilər, lakin bizim zəif rəqiblə qarşılaşmaq şansımız az idi. Ona görə də, "Qarabağ" da bizə görə pis rəqib deyil. Hazırda tam heyətlə bu oyuna hazırlaşırıq. Ümid edirik ki, bu turda istədiyimiz oyunu sərgiləyib bizə lazım olan nəticəni qazanacağıq".
Bu sözləri Sportal.az-a açıqlamasında "Rudar"ın qolkiperi Milan Yelovaç bildirib. O, Ağdam klubu haqda əvvəldən məlumatının olması haqda danışıb:
"Qarabağ" ötən il Avroliqanın qrup mərhələsində uğurla çıxış edib. "İnter"lə oyununda qolunun sayılmamasını da görmüşdüm. Dostum Marko Stayoneviç ötən mövsümü sizin çempionatda keçirmişdi. O, mənə "Qarabağ"ın Azərbaycanda ən güclü komanda olduğunu deyib. Həm də bildirib ki, Bakı şəhəri çox gözəl yerdir".
Qolkiper ilk oyunun Bakıda keçirilməsinin "Rudar"ın ziyanına olduğunu da bildirib:
"İlk oyunun səfərdə keçirilməsi bizim ziyanımızadır. Çünki ilk oyunda azarkeş amili öz sözünü deyir. Çalışacağıq ki, səfərdə çalışdığımız qədər qol vurub sərfəli nəticə ilə qayıdaq"
saytlarin hazirlanmasi