"Hazırda bizə bir səviyyəli qapıçı lazımdır"
Türkiyənin "Kayserispor" klubunda qalmayacağı dəqiqləşsə də, millimizin qapıçısı Kamran Ağayev yenə Superliqada oynaya bilər. Belə ki, onunla "Antalyaspor" yaxından maraqlanır. Mahir Şükürovun baş məşqçi Yusuf Şimşəklə yaxınlığını nəzərə alıb "Antalyaspor"a keçidini gözlədiyimiz anda, Kamranı artıq bu klubda görməyə çox yaxınıq.
Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Şimşək Sport7.az-a verdiyi açıqlamasında Kamranla maraqlandıqlarını təsdiqləyib:
"Bəli, Kamran Ağayev bizim maraq dairəmizdədir. Onun Norveç millisi ilə keçirdiyi görüşü izləmişəm. Eləcə də Kamranın Türkiyədə "Kayserispor"dakı çıxışı yadımdadır. Hazırda bizə bir səviyyəli qapıçı lazımdır. Düşünürük ki, bu, Kamran ola bilər".
Yeri gəlmişkən, Yusuf Şimşək bizdən Kamrana xəbər göndərməyi də unutmadı: "Bizdə onun telefonu var. Amma ona zəng çatmır. Onu görsəniz, deyin ki, bizimlə əlaqə qursun".
Qeyd edək ki, "Antalyaspor" ötən mövsüm pley-off oynayaraq Superliqaya vəsiqə qazanıb. Bu komanda artıq kamerunlu Samuel Etoo və braziliyalı Ronaldinyo kimi ulduzlarla anlaşıb.
saytlarin hazirlanmasi