Vaxtı ilə "Portu"da baxışda olan millimizin üzvü indi klubsuz qalıb

11:45 - 1 İyul 2015

Orxan Əliyev "Sumqayıt"dan göndərildi
 
Ötən mövsümün icarə əsasında "Sumqaylt"da keçirən Orxan Əliyev artıq rəsmən "kimyaçılar"dan ayrılıb.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, klub rəhbəriyi futbolçu ilə icarə müddətinin uzadılmasını istəməyib. Beləliklə, futbolçu müqavilə ilə "Xəzər Lənkəran"a məxsus olsa da, cənub klubu hazırda Türkiyədə təlim-məşq toplanışını davam etdirsə də, Əliyev komandaya qoşulmayıb. Görünən odur ki, Əliyevin xidmətində heç bir klub maraqlı deyil və 21 yaşlılardan ibarət milli komandamızın üzvü növbəti mövsümü "Xəzər Lənkəran"ın əvəzedici heyətində keçirəcək.
 
Qeyd edək ki, Əliyev bir neçə il əvvəl Portualiya nəhəngi "Portu" klubunun düşərgəsində baxışda olub.

Xəbər xətti