"Neftçi" Ayltonu da UEFA-ya sifariş etdi ÖZƏL

15:40 - 1 İyul 2015

Braziliyalının "Mladost"a qarşı oynayacağı gözlənilir

 

“Neftçi”nin yeni transferi Aylton Fereyra Silvanın Avroliqanın ilkin mərhələsində bakılılara kömək edib-etməyəcəyi bilinmirdi.

 

Sportal.az xəbər verir ki, “Fluminense”dən bir illik icarəyə alınan braziliyalı futbolçu Çernoqoriyanın “Mladost” komandasına qarşı oynaya bilər.

 

Məqsəd İsayevin sıradan çıxması “ağ-qaralar”ın təcili olaraq Ayltonun adını UEFA-nın sifariş ərizəsinə göndərməyə məcbur edib. Belə ki, qaydalara əsasən 24 saat ərzində klub heyətinə qatdığı yeni futbolçunu UEFA-nın sifariş ərizəsinə daxil edə bilər.

Xəbər xətti