""Dinamo"nun oyunu bəyənirəm"
Avropa Liqasının I təsnifat mərhələsində sabah Tbilisi "Dinamo"su ilə qarşılaşacaq "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk oyun öncəsi keçirilən mətbuat konfransında öz fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, Qriqorçuk bunları qeyd edib:
"Dinamo"nun oyunu bəyənirəm. Bizim oyun tərzimiz az da olsa, bir-birinə bənzəyir. Düşünürəm ki, sabah keçiriləcək matç maraqlı və gərgin olacaq. Hər iki komandanın da oyun üslübu yaxın olduğuna görə, bunu deməyə əsas var. Mövsüm bitəndən sonra komandaya yeni oyunçuların cəlb olunması və həmin futbolçuların adaptasiya olması üçün az vaxt olsa da, düşünürəm ki bunun öhdəsindən gələ bilmişik və sabah keçiriləcək oyunda bunu sübüt edəcəyik. Sabahkı oyunda bizim üçün əsas nəticədir. Oyunu baxımlı oynamasaq da, istədiyimiz nəticəni qazansaq komandadan razı qalacam. Bizim mükəmməl oynamağımız üçün vaxt lazımdır.
Hesabı əvvəlcədən demək çətindir. Bizim üçün hər hansı bir qələbə və ya qollu heç-heçə qane edə bilər. Lakin mən şəxsən 5:0 hesablı nəticəyə qane olaram".
saytlarin hazirlanmasi