Qia Qequçadze: "Qələbə qazanmağımız sırf bizim gücümüzün hesabına oldu"

23:20 - 2 İyul 2015

"Təbriklər hələ tezdi"

 

Avropa Liqasının I təsnifat mərhələsində "Dinamo" (Tbilisi) - "Qəbələ" (2:1) matçı keçirilib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Dinamo"nun baş məşqçisi Qia Qequçadze bunlaeı qeyd edib:

 

"Çalışacam ki, oyunu qısa olaraq nəzərdən keçirəm. Təbriklər hələ tezdi. Çətin bir oyun idi. Ən çətin məqam isə oyunu 10 nəfərlə oynamağımız idi. Lakin çətin olsa da, qələbə qazanmağımız yaxşı oldu. İaşvilinin də oyuna daxil olması oyuna öz təsirini göstərdi. Biz İaşvilini məqamında oyuna daxil etdik.

Oyunda ən yaxşılar iştirak edirdi. Ona görə də, start heyətdə çıxardığım oyunçulardan razı qaldım. Qırmızı vərəqəyə gəldikdə isə,  o barədə danışmaq istəmirəm. Oyunun 1-ci hissəsində üstünlük bizdə idi. Oyunda 10 nəfərlə qaldıqdan sonra isə, müdafiəyə çəkilməli olduq. Rəqib komandanın gücünü nəzərə almalıyıq. Ona görə də, ehtiyatlı oynamağımız təbii idi. Komanda tez-tez boşluqlar yaradırdı. Bizim komanda da buna cavab verə bilirdi. Gələcəkdə səhvlər haqqında düşünüb onu aradan qaldıracağıq. Bu günki oyunda qələbə qazanmağımız sırf bizim gücümüz idi. Qapımızda qol görməyimiz yaxşı hal deyil. Lakin bunun növbəti oyunda öz təsirini necə göstərəcəyini deyə bilmərəm”.

Xəbər xətti