"3 oyunda sərf ediləcək güc sərf elədik"
Avropa Liqasının I təsnifat mərhələsində "Dinamo" (Tbilisi) - "Qəbələ" (2:1) matçı keçirilib.
Sportal.az xəbər verir ki, oyundan sonra "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bunları qeyd edib:
"Mən də öz oyunumuzdan razı qalmadım. Əsas da 1-ci hissədən. Vaxtımız az idi. Lakin mən düşünürdüm ki, az da olsa, yaxşı oyun sərgiləyəcəkdik. Alınmadı! Bir çox şanslarımız olsa, dəyərləndirə bilmədik. Bu, futbol matçı idi, hokkey yox. Rəqib komandanın əks-hücumları qarşısında çox səhvlər etdik. Müasir futbolda da səhvləri bağışlamırlar. Bu gün istədiyim oyunu görə bilmədim. Bizə bir az zaman lazımdı. Biz oynayaraq istədiyimiz nəticəni əldə edəcəyik. 3 oyunda sərf ediləcək qədər güc sərf elədik. Rəqib 10 nəfərlə qaldıqda daha çox əks-hücumlarda səhvlər etdik. Lakin bu o demək deyil ki, onlar 10 nəfərlə bizdən üstün oynadılar. Düşünmürəm kİ, rəqibin azlıqda oynaması məğlubiyyətimizə əsas səbəb idi. Cavab matçında mənim tapşırığım futbolçulara o olacaq ki, ən azından bu oyundan daha yaxşı çıxış edək.
Dodonu oyuna gec daxil etdiyimi düşünmürəm. Zədədən təzə qayıtmışdı və ona görə də tam hazır deyildi. Az məşq etmişdi. Ona 2-ci hissədə şans verdim. Lakin bu da bir nəticə vermədi. Şansımız var. O şansı dəyərləndirmək və növbəti matça ciddi hazırlaşmalıyıq. Düzdü, biz nəinki 1-ci hisədə, oyun boyu səhvlər etdik. Son 20 oyunumuzda yadıma gəlmir ki, müdafiədə belə səhvlər edək. Ürfanın, Qayın və bir neçə futbolçunun buraxdığı səhvlər məni düşündürməyə vadar edir. Qısası, bu gün bizim günümüz deyildi. Biz hər zaman oyuna tam hazır olan oyunçuları daxil edəcəyik. Ona görə də, bu gün səhv edən futbolçuları cavab matçında daxil edə bilərəm. Buraxılan hər bir səhv ümumi komandanın səhvidi".
saytlarin hazirlanmasi