Məhəmməd Qurbanov: "Mladost"u keçməliyik"
"Neftçi"nin hücumçusu Məhəmməd Qurbanovun Sportal.az-a müsahibəsi:
- "Mladost"la 2:2 hesablı heç-heçə etdiniz. Qarşılaşma haqda nə deyə bilərsən?
- Bizim üçün yaxşı oyun oldu, topa nəzarət bizdə idi. Çoxlu qol epizodlarımız da oldu. Oyunun sonlarında gic qol buraxdıq. Mövqe səhvlərinə yol verdik.
- "Neftçi" hücumda "dişsiz" görünürdü...
- Komandamız yenidir, bizə bir qədər vaxt lazımdır. Oyunu biz idarə edirdik, yaxşı hücumlarımız oldu, amma bunları dəyərləndirə bilmədik.
- Oyun boyu qapıya 1, ya da 2 dəqiq zərbən oldu...
- Oyun belə alındı, əlimdən gələni etdim. Meydanda çox işlədim, amma elə yüz faizlik epizod olmadı ki, dəyərləndirməyim.
- "Mladsot"u bu mərhələdə keçəcəyinizə inanırsan?
- Əlbəttə, biz bu mərhələni keçməliyik. Səfərdə 2 qol vuracağıq. Çalışmalıyıq ki, bacardığımız qədər qol vuraq, amma səfərdəki oyunda müdafiədə diqqətli olmalıyıq.
saytlarin hazirlanmasi