"Qarabağ"ın "Styaua"ya vurduğu ikinci qolun müəllifi kimdir?

15:11 - 5 İyul 2015

Elvin Nəsibov "Qəbələ" ilə oyundan sonra əsas komandaya dəvət alıb
 
"Qarabağ" yoxlama oyununda "Styaua"ya 3:2 hesabı ilə məğlub oldu və bir neçə mətbuat orqanlarında ikinci qolun müəllifi Namiq Ələsgərov kimi təqdim edildi.
 
Sportal.az-ın araşdırmasına görə, qolu rəqib qapısından 19 yaşlı Elvin Nəsibov keçirib, sadəcə olaraq, o, meydanda komanda yoldaşı Namiq Əəsgərovun forması ilə mübarizə aparıb. Elvin Nəsibov ötən mövsüm əvəzedicilərin "Qəbələ" ilə oyunundan sonra, Qurban Qurbanov tərəfindən əsas komandaya cəlb edilir. Lakin bir müddətdən sonra futbolçu komandadan ayrılır. Bu mövsümün başlanğıcında Nəsibov yenidən Ağdam təmsilçisinə qayıdır və bu zaman əvəzedici heyətdə yox, 19 yaşlılardan ibarət komandada mübarizə aparır.
 
Mövsümün sonunda öz oyunu ilə seçilən gənc futbolçu Qurban Qurbanovun qərarı ilə Avstriya toplanışına yollanıb.

Xəbər xətti