Klub prezidentinə qadağa
Avroliqada təmsilçimiz "İnter" səfərdə Albaniya "Laçi"si ilə qarşılaşıb ə 1:1 hesablı heç-heçəyə imza atmışdı. Lakin "bankirlər"in prezidenti Georgi Nikolov səfərə yollanmayıb komandasını tək buraxmışdı.
Sportal.az Nikolovun niyə səfərə yollanmaması haqda özəl məlumat əldə edib. Belə ki, klub prezidentinə ölkəni tərk etmək qadağası qoyulub. Buna da səbəb klubun sahibi Cahangir Hacıyevin Beynəlxalq Bankdan ayrılmasından sonra aparılan araşdırmalardır. Klub prezidentinə qoyulan qadağanın nə vaxt ləğv ediləcəyi isə məlum deyil.
saytlarin hazirlanmasi