Futbolçunun meneceri rəsmi təklif gəldiyini təsdiqlədi
Ötən mövsüm “İnter”in şərəfini qoruyan Derlis Meza Kolli Qazaxıstan klubunun maraq dairəsində olub.
.
Mövsüm başa çatan kimi maliyyə çatışmazlığı üzündən “bankirlər”in düşərgəsini tərk etməli olan paraqvaylı yarımmüdafiəçi “Kayrat” klubundan təklif alıb. Qazaxıstan təmsilçisindən gələn sərfəli təklifi isə futbolçu qəbul etməyib.
Meza Kollinin meneceri Kamil Məmmədov Sportal.az-a açıqlamasında futbolçunun Qazaxıstan təmsilçisindən rəsmi təklif aldığını təsdiq edib. Məhz Meza Kolli qazaxların dəvətini geri çevirəndən sonra “Kayrat” klubu Anatoliy Timaşuku heyətinə qatıb.
saytlarin hazirlanmasi