“Futbolçularda güc qalmadı”
Avropa Liqasının I təsnifat mərhələsində "İnter" - "Laçi" (0:0) matçı ilə adını növbəti mərhələyə yazdıran "bankirlər"in baş məşqçisi Zaur Svanadze maraqlı fikirlər səsləndirib:
Sportal.az xəbər verir ki, oyun sonrası keçirilən mətbuat konfransında Svanadze bunları qeyd edib:
"Çətin oyun oldu. Uşaqlar çox yoruldular. Onlarda daha güc qalmadı. Hazırlığa ayın 15-də start vermişdik. İlk məşqlərdə Lomaya və 5 gənc oyunçu var idi. Hər gün bir neçə oyunçu cəlb olundu. Bu vəziyyətdə belə oyun çətin idi. Görək növbəti mərhələdə necə olacaq. Təbii ki, yeni oyunçular da olacaq”. Növbəti mərhələ üçün daha 4 futbolçunu sifariş verəcəyik. Növbəti mərhələdə də əlimizdən gələni edəcəyik. Rəqibin kimliyindən də çox şey asılıdı. Çalışacağıq mərhələni adlayaq”.
saytlarin hazirlanmasi