"Bu dəfə də elə edəcəm"
“İlk növbədə “Qəbələ”ni təbrik etmək istəyirik. Hər iki oyunda 10 nəfərlə oynamaq çox çətindir”.
Sportal.az xəbər verir ki, bu sözləri UEFA Avropa Liqası I təsnifat mərhələsi cavab qarşılaşmasında “Qəbələ”yə məğlub olan (0:2) Gürcüstanın “Dinamo” (Tiflis) klubunun baş məşqçisi Qia Qequçadze deyib.
Gürcü mütəxəssis artıq hər şeyin geridə qaldığını qeyd edib:
“İki görüşdə də əks-hücumda oynayıb qələbə qazanmağa çalışdıq. İndiyə qədər heç vaxt hakimin idarəçilyinə şərh verməmişəm. Bu dəfə də elə edəcəm. Çünki baş verənlər artıq arxada qalıb”. (Apasport.az)
saytlarin hazirlanmasi