"Sevincimi belə ifadə etmək istədim"
Xəbər verdiyimiz kimi, dünən Avropa Liqasının I təsnifat mərhələsində mübarizə aparan “İnter” Albaniyanın “Laçi” komandasını mübarizədən kənarlaşdırıb. Oyun bitdikdən sonar paytaxt klubunun prezidenti Georgi Nikolov əlində Azərbaycan bayrağı ilə stadiona daxil olaraq, diz çöküb, hönkürtü ilə ağlayıb.
Klub prezidenti bu addımı barədə Sportal.az – a açıqlama verib:
“Bu hisslər mənim daxilimdən gələnlərdi. Bu addımımda heç bir məqsəd yox idi. Sevincimi belə ifadə etmək istədim. Hər kəsə sonsuz minnətdarlığımı bildiriəm. Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Con Kennedi Almaniyaya getdiyi vaxt “İ am a Berliner – Mən berlinliyəm” demişdi. Burada doğulmasam da, mən də bu gün fəxrlə deyirəm ki, mən azərbaycanlıyam”.
saytlarin hazirlanmasi