Fuad Bayramov: "Mərhələni keçməyə biz layiq idik"
"İnter"in gənc futbolçusu Fuad Bayramovun Sportal.az-a müsahibəsi:
- Avroliqada "Laçi" ilə oyunda qolsuz heç-heçə edərək növbəti mərhələyə yüksəldiniz...
- Oyun bizim üçün çox ağır oldu,həm də hava şəraiti də o qədər yaxşı deyildi, həddindən artıq bürkü idi. Qarşılaşmanın belə çətin olacağını əvvəldən bilirdik. Səfərdə 1:1 hesablı nəticə qazandığımız üçün ev oyununda qol buraxmamağa çalışdıq. Düzdür, ilk oyunda bir qədər zəif çıxış etdik. Bunun da səbəbi komandada yeni futbolçuların çox olması idi. Cavab oyununda üstün tərəf biz idik. Fikrimcə, mərhələni keçməyə biz layiq idik.
- Komanda olaraq göstərdiyiniz oyundan razı qaldınız?
- Burdakı oyunda biz daha yaxşı oynadıq və çox top saxladıq. Amma daha da artığını edə bilərdik, çünki komandamızda bütün futbolçular istedadlıdırlar. Yavaş-yavaş oyunumuz düzəlir. Komandanın yeni olmasına baxmayaraq, hamı əlindən gələni edir ki, yaxşı performans sərgiləyək.
- "Laçi"ni keçəcəyiniz təqdirdə komandada maddi problemlərin düzələcəyi barədə söz-söhbətlər gəzirdi. Səncə, mərhələ keçməyiniz vəziyyətin düzəlməyinə kömək edəcək?
- Düzü, bu barədə məlumatım yox idi. Yəqin ki, bu ğur nə qədər olmasa da, kömək edər. Komandanın hər bir üzvü də meydanda pulu fikirləşmədən canını qoydu oyuna. Çəkdiyimiz əziyyəti görüb bir şey fikirləşərlər.
- İkinci mərhələdə İslandiya təmsilçisi "Hafnarfyordur"la qarşılaşacaqsınız..
- Rəqib haqda heç bir məlumatım yoxdu, bütün fikrimizi bu oyuna vermişdik. Rəqibimiz ilk mərhələni keçdiyinə görə, güclü komandadır. Biz əlimizdən gələni edəcəyik ki. sərfəli nəticə qazanıb növbəti mərhələyə yüksələk.
- Növbəti oyunda komandaya qoşulan 4 transfer də kömək edəcək...
- Yeni transferlərimiz də təcrübəli futbolçulardı. Onlar da öz təcrübə və oyunları ilə ikinci mərhələdə komandaya xeyir verəcək.
- Təxminən iki ildir ki, aldığın zədəyə görə, əsas heyətdə çıxış edə bilmirsən. Bu mövsümü səninçün yeni bir şans saymaq olar?
- Çox ağır zədə aldım, şükürlər olsun ki, yenidən futbola qayıda bildim. Əlbəttə ki, bu mənimçün şansdır. Zaur müəllim və məşqçilər heyətinə təşəkkürümü bildirirəm ki. cavanlara güvənir. Yəni, "İnter" heç vaxt bu qədər cavanla nəinki Avroliqada, heç Premyer Liqada oynamayıb. Əsas heyətdə 3 gənc futbolçu oynayır. Biz də çalışacağıq ki, baş məşqçinin verdiyi şansları dəyərləndirək, onun etimadını qazanaq.
saytlarin hazirlanmasi