86 yaşlı rəqib
Xəbər verdiyimiz kimi, Avropa Liqasının I təsnifat mərhələsində "Laçi" səddini keçən Bakının "İnter" klubu ikinci mərhələdə İslandiya təmsilçisi "Hafnarfyordur"la qarşılaşacaq. Finlandiyada keçirilən ilk oyunda da qonaq komanda - "Hafnarfyordur" minimal hesablı qələbə qazanıb - 1:0. İslandiyada keçirilən cavab matçında eyni hesabla qalib gələn "Hafnarfyordur" klubu ikinci təsnifat mərhələsində "İnter"ə rəqib olub.
Sportal.az xəbər verir ki, İslandiyanın eyniadlı şəhərinin təmsilçisi olan "Hafnarfyordur" 1929-cu ildə yaranıb. Ev oyunlarını 6450 tamaşaçı tutumuna malik "Kaplakriki" stadionunda keçirən 86 yaşlı klub tarixi ərzində 6 dəfə ölkə çempionluğunu qazanıb. 2004, 2005, 2006, 2008. 2009 və 2012-ci illərdə İslandiyanın ən güclüsü olan "Hafnarfyordur" 2007 və 2010-cu illərdə ölkə kubokuna da yiyələnib. Son 15 ildə göstərdiyi nəticələrlə İslandiyanın ən güclü komandası sayılan "Hafnarfyordur"un avrokuboklarda ən yaxşı uğuru 2013-2014 Çempionlar Liqası mövsümündə 3-cü mərhələyə kimi adlaması olub.
Hazırda da davam edən İslandiya çempionatında 10 turdan sonra 23 xalla liderlik kürsüsündə oturan klubun heyətində 16 yerli və 7 legioner futbolçu var ki, bunların arasında ən təhlükəli oyunçu kimi şotlandiyalı Lennon Steven və islandiyalı Gudnason Atlini göstərmək olar. "Hanorfyordur"un baş məşqçisi isə islandiyalı Xeymir Qudyonsendi.
saytlarin hazirlanmasi