"Çukariçki"nin baş məşqçisi: "Qəbələ"nin böyük büdcəsi və çoxlu əcnəbisi var"

14:07 - 10 İyul 2015

"Hələ vaxtımız var"

 

"Əminəm ki, "Qəbələ" ciddi komandadır. Çünki bu klub Gürcüstan "Dinamo"sunu mübarizədən kənarlaşdırıb".

 

Sportal.az xəbər verir ki, bunu Avropa Liqasının II təsnifat mərhələsində Azərbaycan təmsilçisi "Qəbələ"yə rəqib olan Serbiyanın "Çukariçki" klubunun baş məşqçisi Vladan Miloyeviç deyib.

 

O bildirib ki, Azərbaycan klubunun böyük büdcəsi və çoxlu əcnəbisi var: "Amma biz geri çəkilməyərək sonadək mübarizə aparacağıq. "Qəbələ" ilə oyuna hazırlıq üçün hələ vaxtımız var".

 

Qeyd edək ki, ilk görüş iyulun 16-da Belqradda, cavab matçı isə iyulun 23-də Qəbələdə olacaq.(Report)

Xəbər xətti