Minimal hesablə qələbə
Türkiyənin Kapadokya bölgəsində təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün ilk yoxlama oyununa çıxıb
Sportal.az xəbər verir ki, komanda Türkiyə 3-cü liqa təmsilçisi “Niğdespor”la qarşılaşıb. Bakı vaxtı ilə saat 19:30-da başlayan matçda cənub təmsilçisi yeni transferi Rəşad Eyyubovun yeganə qolu ilə qələbəni bayram edib.
Qeyd edək ki, Lənkəran təmsilçisi növbəti yoxlama matçını superliqa təmsilçisi “Kasımpaşa”ya qarşı keçirəcək. Oyuna iyulun 14-ü Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.
11 iyul
Yoxlama oyunu
19:30. "Xəzər Lənkəran" - "Niğdespor" (Türkiyə) 1:0
Qol: Rəşad Eyyubov,34
saytlarin hazirlanmasi