"Çukariçki"nin vitse-kapitanı: "Qəbələ" haqda ondan məlumat almağa çalışacam" MÜSAHİBƏ

12:20 - 11 İyul 2015

"Güclü legioner oyunçuları var"
 
Avroliqanın II təsnifat mərhələsində "Qəbələ"nin rəqibi "Çukariçki"nin futbolçusu Rayko Brezançiçin Sportal.az-a müsahibəsi:
 
- Avroliqanın II təsnifat mərhələsində "Qəbələ" ilə qarşılaşacaqsınız...
- Bizim üçün çtin olacaq. Çünki "Qəbələ" maliyyəsi olan yaxşı klubdur və hər il çoxlu investesiya yatırır. Güclü legioner oyunçuları var. Hətta klub son iki ildə çoxlu sayda ilklərə imza atıb. Biz də bu oyuna maksimum şəkildə hazırlaşıb növbəti mərhələyə yüksəlmək istəyirik.
 
- "Qəbələ"nin oyun üslubu haqda məlumatın var?
- Yox, yəqin ki, bugünlərdə baş məşqçimiz rəqibimizin oyunlarını izləyib və həmin oyunla üzərində təhlillərimizi aparacağıq. Ancaq təmsilçinizin "Dinamo"ya vurduğu ilk qolu görmüşdüm, möhtəşəm alınmışdı 
 
- Rəqibinizin heyətində də bir serbiyalı var..
- Voyislav Stankoviç. Çox güclü futbolçudur, Serbiyada iki il "Partizan"ın kapitanı olub. Öz üzərində işləyən və daim artıran bir futbolçudur.
 
- Komanda yoldaşların və sən rəqib haqda ondan məlumat almağa çalışarsınız..
- Düzünü desək, məşqçimiz rəqibin oyunlarını izləyib bizə məumat verəcək. ancaq çalışacam ki. Stankoviçdən komanda haqda bir neçə şey soruşum
 
- II mərhələdə "Qəbələ", yoxsa "Dinamo"nu rəqib kimi istəyirdiniz..
- Mən bilirdim ki, "Qəbələ" bu oyuna keçəcək və son qələbəylə təmsilçiniz güclü komanda olduğunu sübut etdi. 5 gündən sonra artıq ilk matçımıza çıxacağıq. İlk oyunun bizim meydanda olması, məncə xeyrimizədir. Azarkeş amilindən istifadə edib səfərə sərfəli ntəicə yollanmalıyıq.

Xəbər xətti