Sədr vəzifəsinə gətirilir
"İnter"in himayədarı olan "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Idarə Heyətinin sədri vəzifəsinə “Aqrarkredit”in rəhbəri Məmməd Musayev gətirilir.
Sportal.az xəbər verir ki, bu barədə “Azadlıq”a daxil olan məlumatda deyilir ki, yaxın günlərdə Beynəlxalq Bankın Müşahidə Şurasının yığıncağı keçiriləcək.
Həmin yığıncaqda Məmməd Musayev Idarə Heyətinin rəhbərliyinə gətirilməsi məsələsi həllini tapacaq.
Məlumatda deyilir ki, Məmməd Musayev Beynəlxalq Bankın rəhbərliyinə xüsusi planlarla gəlir. Bu sırada bankın özəlləşdirilməsi əsas yer tutur.
Məmməd Qurban oğlu Musayev 1955-ci ildə Qazax rayonunda anadan olub. 1972-ci ildə orta məktəbi, 1976-cı ildə isə D.Bünyatzadə adına Xalq Təsərrüfatı Institutunu (İndiki İqtisad Universiteti) fərqlənmə ilə bitirib.
1976-1984-cü illərdə Dövlət Bankının (Mərkəzi Bank) Azərbaycan Respublikası Kontorunda müxtəlif məsul vəzifələrdə çalışıb. 1984-cü ildən 1992-ci ilədək Dövlət Bankının Qaradağ şöbəsinin, Aqrar Sənaye Bankının Əməliyyat idarəsinin rəisi olub. 1992-ci ildən Respublika Səhmdar Kommersiya Aqrar Sənaye Bankının Idarə Heyətinin sədri, 2001-ci ildən isə “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Idarə Heyətinin sədridi.
saytlarin hazirlanmasi