“Neftçi”yə dəstək olsaq, elə mənə dəstək vermək deməkdir"
"Neftçi"nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə dünən Sportal.az-da yayımlanan yazıya http://sportal.az/?goal=news&id=58868 öz münasibətini bildirib.
Sportal.az-ın verdiyi tribunada Abbaszadə bunları qeyd edib:
"Saytınızda gedən yazıyla tanış oldum. Müəllifin yazıdıqları fikirlər heç biri həqiqəti əks etdirmir. Düzdü, müəllifin taleyimlə maraqlanması mənə xoşdur. Ancaq bildirmək istəyirəm ki, narazıçılığa heç bir əsas və səbəb yoxdur. Hazırda “Neftçi” klubunda çalışıram və burada mənim işləməyim üçün hər cür şərait yaradılıb. Bizim kollektivdə heç bir problemdən söhbət gedə bilməz. Son vaxtlar kollektivdə mehriban ab-hava hökm sürür. Açığı, nə onların mənimlə, nə də mənim onlarla problemim var. Ümid edirəm ki, bunu hamı anlayışla qarşılayar. Mənə görə narahatçılıq keçirən və dəstək verən hər bir şəxsə öz təşəkkürümü bildirirəm. “Neftçi”yə dəstək olmaq, elə mənə dəstək olmaq deməkdir. Bilirsiz ki, Avropa Liqasında “Neftçi” mərhələ adlaya bilməsə də, məncə, uğurlu oyun göstərdi. Komandanın sərgilədiyi oyun gələcəyə perspektiv vəd etdi. Mənə elə gəlir ki, hamımız gənclərdən qurulmuş “Neftçi”yə dəstək olsaq, elə mənə dəstək vermək deməkdir. Bir daha fürsətdən istifadə edib mənə söz verdiyiniz üçün sizə təşəkkürümü bildirirəm”.
saytlarin hazirlanmasi